Hakimə hücum çəkən Təmkin Xəlilzadəyə və klubuna ağır cəza

saytların hazırlanması

Evə çatdırılma

Hakimə hücum çəkən Təmkin Xəlilzadəyə və klubuna ağır cəza

İdman

22 Oktyabr 2019 12:09 1080


AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.

“Yeni Sabah” AFFA-nın saytına istinadən yaydığı xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə matçdan sonra  hakimə fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.

Bundan başqa, "Sabah" T.Xəlilzadənin etdiyi hərəkətə görə 4 min manat məbləğində cərimələnib. Marqarita pizza

“Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” – “Sabah”  oyununun 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Səbail” – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Zirə” oyununda ikincilərin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!