Hakimə kənar əşya atdı - Rüdiger cəzalanacaq

saytların hazırlanması

Evə çatdırılma

Hakimə kənar əşya atdı - Rüdiger cəzalanacaq

İdman

27 Aprel 2025 12:13 366


Real"ın futbolçusu Antonio Rüdiger bir neçə oyunluq cəzalandırıla bilər.

Yenisabah.az xəbər verir ki, İspaniya kubokunun "Barselona" ilə ötən gecə keçirilən final matçında (2:3) o, hakimə hücum edib və referiyə kənar əşya atıb.

Matçın 111-ci dəqiqəsində əvəzlənən almaniyalı müdafiəçi epizodların birində görüşün baş hakiminə kəskin etiraz edib. Hakimin üzərinə getmək istəyən futbolçunu komanda yoldaşları sakitləşdirib. pizza mizza

Rüdiger həmçinin, ehtiyat oyunçular skamyasından hakimə buz torbası da atıb. Baş hakim isə onu qırmızı vərəqə ilə cəzalandırıb. "Cadena Ser"in yaydığı məlumata görə, Rüdiger bu hərəkərlərinə görə, 4 oyundan 12 oyuna qədər cəzalandırıla bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!