Hakimiyyətdə baş verən dəyişikliklər haqda rəsmi mövqe – Səbəblər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hakimiyyətdə baş verən dəyişikliklər haqda rəsmi mövqe – Səbəblər açıqlandı

Siyasət

29 Noyabr 2019 15:24 2436


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasıyasının açıqlamasında bildirilir ki, Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub. Toyuqlu pizza

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az) yerləşdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!