Hamilə qadının virusa yoluxması mütləq körpənin də... -   Həkim  terapevt

saytların hazırlanması

Evə çatdırılma

Hamilə qadının virusa yoluxması mütləq körpənin də... - Həkim terapevt

Sağlamlıq

10 Fevral 2021 13:12 1589


Şimali Kipr Türk Respublikasında koronavirus daşıyıcısı olan qadın əkiz övlad dünyaya gətirib. Bu hadisə özlüyündə çoxsaylı suallar doğurub.

Məsələni Yenisabah.az-a şərh edən terapevt Rasif Bağırov diqqətə çatdırıb ki, uşaq yoluxmadığı təqdirdə ananın koronavirus daşıyıcısı olması onun səhhətində elə də ciddi problem yaratmır:

“Koronavirus ana bətnində plasentadan uşağa keçərsə, uşaq virusa yoluxa bilər. Amma plasenta bariyerdir. Yəni hamilə qadının virusa yoluxması mütləq körpənin də yoluxacağı mənasını vermir. Plasenta buna mane ola bilər. Burada  bətndəki uşağa virusun keçmə faizi var. Sadəcə o faizi dəqiq statistik rəqəm kimi vermədikləri üçün konkret yoluxma ehtimalının nə qədər olduğunu demək olmur” Toyuqlu pizza

Həmsöhbətimiz qeyd edib ki, körpənin koronavirusa yoluxması hamiləlik prosesinin normal gedişini poza bilər:

“Bu, uşağın inkişafına təsir göstərər. Bununla yanaşı, əgər uşaq doğuşa yaxın yoluxarsa, o zaman körpədə müəyyən xəstəliklər yarana bilər ki, bu da gələcəkdə onun müalicə olunmasına ehtiyac yaradar. Koronavirusun hədəf götürdüyü orqan, əsasən, ağciyərdir. Ağciyər zədələnirsə, körpə müalicə olunaraq sağlamlaşdırılmalı və normal həyatına davam etməlidir. Digər orqanlarda hansısa bir fəsad olmur. Həmçinin əgər uşaq virusa yoluxsa, ananın özü üçün də müəyyən narahatlıq yaranar”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!