Hamilton “Formula 1“ Rusiya Qran-prisində qalib oldu

saytların hazırlanması

Evə çatdırılma

Hamilton “Formula 1“ Rusiya Qran-prisində qalib oldu

İdman

29 Sentyabr 2019 15:57 1420


“Mercedes” komandasının britaniyalı pilotu Lüis Hamilton “Formula 1” üzrə Rusiya Qran-prisində qalib gəlib.

"Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, ikinci yerin sahibi L. Hamiltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü yerin sahibi isə "Ferrari"nin pilotu Şarl Lekler olub.

Qeyd edək ki, Soçidə “Formula 1” 6-cı dəfədir ki, keçirilir. “Formula 1” üzrə beşqat çempion olan L. Hamilton bununla 4-cü dəfə Rusiya Qran-prisinin qalibi olub. Pilot bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasını ilk sırada tamamlayıb. pizza hut

“Formula 1”in növbəti mərhələsi 11-13 oktyabr tarixlərində Yaponiyada keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!