Hansı deputatın, icra başçısının kredit borcu var? - Siyahı

Hansı deputatın, icra başçısının kredit borcu var? - Siyahı

Sosial

02 Mart 2019 02:13 1047


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Azərbaycanda 10 000 min dollara qədər olan kreditlərin problemləri həll edildi.

Banklara dollarla, eyni zamanda manatla krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Onlar ayrı-ayrı vaxtlarda sosial şəbəkədəki səhifələrində, saytlara müsahibələrində, televiziyalara açıqlamalarında bunu dilə gətiriblər. Bu baxımdan Prezidentin sərəncamından yararlanan tanınmış insanlar, deputatlar, icra başçıları, ictimai xadimlər də olacaq.

Bəs Azərbaycanda tanınmışlardan kimlər banka kredit ödəyirlər və kimlərin kecikmiş krediti var?

Millət vəkili Fəzail İbrahimli: “Bir neçə dəfə kredit götürmüşəm, vaxtında da qaytarmışam. Dollar krediti olmayıb, manatla olub onu da vaxtında qaytarmışam.

Deputat, komitə sədri Aqiyə Naxçıvanlı: “Heç vaxt banka müraciət etməmişik, nə özüm nə dəki ailəm müraciət etməyib. Banka pul qoymuşuq, ancaq bankdan pul götürməmişik.”

Deputat Cavid Osmanov: “Bəli manatla da olub, dollarla da olub götürmüşəm vaxtında da qaytarmışam.Mən biznesmen deyiləm ona görə də o qədər də böyük məbləğ olmayıb.

Keçmiş Təhsil naziri, hazırda AMEA-nın Fizika və Riyaziyyat İnstitunun direktoru Misir Mərdanov: “İndiyə qədər heç bir bankın qapısını da tanımıram. Heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Bəlkə ehtiyacım olub, ancaq götürməmişəm.”

Deputat Fəzail Ağamalı: “Mən özüm heç vaxt kredit götürməmişəm, hazırda da yoxdur. Övladım götürüb, ikinci oğlum sahibkarlıqla məşğuldur, o manatla kredit götürüb. Onun da qaytarmasında böyük problemlər olub. Hazırda da davam edir, ancaq indi oğlum işləyir, çalışıb ödəyir.”

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev: “Mən heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Hazırda elə bu sərəncama uyğun olaraq görüşlər keçiririk, amma mənim özüm heç vaxt kredit götüməmişəm.”

Baş nazirin keçmiş müavini, xalq yazçısı Elçin Əfəndiyev: “Biz heç vaxt banka müraciət etməmişik. Mənim övladlarım da edib, ya-yox bilmirəm. Buna baxmayaraq bu sərəncamı çox alqışlayıram. Bu elə-belə məsələ deyildi, şükürlər olsun ki, həllini tapdı. Mən müraciət etməsəm da mənim xalam oğlu, dayım oğlu müraciət edib. Onlar da vaxtında ödəyib.”

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, o da banka kredit ödənişi edir.

İqtisadçı ekspert Rəşad Həsənovun banka kredit ödədiyini bildirdi: “İstehlak krediti götürmüşdüm. Hələ də borc ödəyirəm”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, o bankdan dollarla kredit götürüb: “Krediti ödəyirəm, bu yaxınlarda borcum qutaracaq”.

Politoloq Fərhad Mehdiyev deyib ki, o heç vaxt kredit götürməyib: “Mən bankdan kredit götürməyi ağlabatan davranış saymıram”.

Xalq artisti Murad Dadaşov deyib ki, ayağını yorğanına görə uzatmaöa çalışır: “Kredit almaq stabil maaş tələb edir. Mənim isə işim mütəmadi deyil, əmək haqqım stabil deyiləm”.

Xalq artisti Namiq İlham Kamal bildirib ki, bu günə kimi nə borc alıb, nə də borc verib.

Xalq artisti Yalçız Rzayev də bü günə kimi bankdan kredit götürmədiyini bildirib.

 Bizimyol.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!