Hansı hallarda ölkədən çıxışa “STOP” qoyula bilər? - Video

saytların hazırlanması

Evə çatdırılma

Hansı hallarda ölkədən çıxışa “STOP” qoyula bilər? - Video

Sosial

07 Mart 2024 21:31 1033


Aylar öncədən xarici ölkəyə səfər üçün bilet əldə edirsiz, hava limanına gəldikdə isə aydın olur ki, ölkədən çıxışınıza stop qoyulub. Bununla da həm maddi zərərlə üzləşirsiz, həm də səyahət planınız baş tutmur. Bəs şəxsin ölkədən çıxmasına hansı hallarda stop qoyula bilər və bununla bağlı vətəndaşa öncədən məlumat verilməlidirmi?

Xezerxeber.az-ın məlumatına görə, vəkillər kollegiyasının üzvü, hüquqşünas Emin Kiçikbəyov deyir ki, ölkədən çıxış qadağası mülki və cinayət halları üzrə tətbiq edilə bilər. Mülki məsələlər əsasən kredit borcları və alimentin ödənilməməsi ilə bağlı olur.

Bəzən isə vətəndaşın hesabında bir-iki manat məbləğində kredit borcu qalır, ancaq stop aradan qaldırılmır. Vəkil deyir ki, belə hallarla bağlı da müraciətlər çox olur. Sezar pizza

Bundan əlavə səfərə çıxan şəxslər Ədliyyə nazirliyinin müvafiq saytı vasitəsilə ölkədən çıxışına qadağa olub-olmamasını yoxlaya bilərlər.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!