Hansı xəritə Azərbaycanın maraqlarına cavab verir?   - Tarixçi alimdən mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hansı xəritə Azərbaycanın maraqlarına cavab verir? - Tarixçi alimdən mühüm açıqlama

Maraqlı

17 Dekabr 2021 14:03 4783


Ötən gün “Vətəndaş Müqaviləsi” partiyasından olan erməni deputat Arman Yeqoyan maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Kreml delimitasiya və demarkasiya prosesinin Rusiya Federasiyasının Baş Qərargahı tərəfindən təsdiq edilmiş 1974-cü il xəritəsi ilə aparılmasını təklif edib. Amma o, ölkəsinin Ermənistan SSR və Azəbyacan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalandığını qeyd edib. 

Bu prosesdə hansı xəritə Azərbaycanın maraqlarına cavab verir? Ümumiyyətlə, tənzimlənmə prosesində xəritənin rolu nədən ibarətdir?

Tarixçi Boran Əziz mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, Azərbaycan üçün ən ideal xəritənin 1920-ci il xəritəsi olduğunu qeyd edib: Pepperoni pizza

“Mən o xəritələrlə tam olaraq tanış deyiləm. Lakin bizim üçün ən ideal xəritə Azərbaycan 1920-ci ildə XI Qızıl Ordu tərəfindən işğal olunarkən mövcud olan xəritə idi. Bu xəritə əsas götürülməsə, 1920-ci ildən sonra hansısa xəritəni götürsələr belə ziyanın yarısından dönə bilərik.

Azərbaycan SSR-in ərazisi Cümhuriyyət dövründə 97,3 min kv/km idi. Bolşeviklərin hakimiyyəti dövründə Azərbaycan torpaqları azaldılaraq 86, 6 kv/km qalmışdı. Buna baxmayaraq, 1926-cı il xəritəsi əsas götürülsə, uzunmüddətli sülhün yaranmasına daha çox fayda verə bilər. 

Tənzimləmə prosesində xəritə əsas rol oynayır, çox əhəmiyyətlidir. Lakin görək neçənci ilin xəritəsi əsas götürüləcək. 1922-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə Zaqafqaziya Sovet Sosialist Federativ Respublikaları yarandı. O zaman bir xəritə var idi, sonra ZSFSR Mərkəzi İcraiyyə komitəsinin qərarı əsasında Azərbaycan torpaqlarının bir hissəsi, Qazax və Yuxarı Zəngəzurun bəzi hissələri Ermənistana verildi.

Bu səbəbdən hansı xəritələrin əsas götürülməsinə diqqət etmək lazımdır”.

Mehri QURBAN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!