Harvard Universitetinin məzununa Administrasiyada yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Harvard Universitetinin məzununa Administrasiyada yüksək vəzifə verildi

Maraqlı

01 Sentyabr 2023 11:12 3464


Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib. 

Yenisabah.az xəbər verir ki, Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib. 

Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda, “Baker McKenzie CIS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018–2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020–2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib. O, 2021-2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.  Marqarita pizza

Araz Poladov 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!