Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. pizza sifarişi
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Bundan başqa, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Telegram kanalımız