Bakıya intensiv qar yağacaq, rayonlarda 23 dərəcə şaxta olacaq -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bakıya intensiv qar yağacaq, rayonlarda 23 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

Sosial

19 Yanvar 2026 15:16 1272


Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın minimal temperaturunun yanvarın 19-dan 20-nə keçən gecə 0 dərəcəyə yaxın, 21-22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Pepperoni pizza

Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısamüddətli çovğun olacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var.

Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.

 

Ölkə ərazisində, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!