Hava ilə bağlı daha bir   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sosial

19 Dekabr 2022 12:07 1103


Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə dəyişəcəyi,  şimal-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 20-si gün ərzində hava arabir yağıntılı olacaq, havanın temperaturu gecə və gündüz 2-5 dərəcə isti təşkil edəcək. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-ə keçən gecə şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin sürəti arabir 15-20 m/s,  ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Havanın temperaturunun dağlıq və dağətəyi rayonlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta olacağı, Aran rayonlarında isə gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Sezar pizza

 Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!