Hava şəraiti ilə bağlı   NÖVBƏTİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə bağlı NÖVBƏTİ XƏBƏRDARLIQ

Sosial

12 Dekabr 2025 21:28 1331


Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək. Pepperoni pizza

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!