Hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşlar təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşlar təxirə salındı

Sosial

20 Dekabr 2022 23:15 741


Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

“Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir. Marqarita pizza

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, - AZAL-dan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!