Azərbaycana dəhşətli soyuqlar gəlir -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana dəhşətli soyuqlar gəlir - XƏBƏRDARLIQ

Sosial

15 Yanvar 2026 15:38 3740


Yanvarın 15-i axşam, 16-da gözlənilən qısa fasilədən sonra 17-si gündüzdən ölkə ərazisindən ikinci soyuq hava dalğasının keçməsi ilə əlaqədar hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Ayrı-ayrı yerlərdə yağıntıların  intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. pizza sifarişi

Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.

Ölkənin rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Əlverişsiz hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!