Pandemiyanın ciddi şəkildə ziyan vurduğu sahələrdən biri də hava nəqliyyatı sənayesidir. Burada sonuncu pis xəbər Skandinaviya Hava Yollarından(SAS) gəlib.
Yenisabah.az xəbər verir ki, SAS beş min nəfəri işdən çıxarmaqla bağlı qərar qəbul edib. Bu rəqəm isə ümumi işçi qüvvəsinin 40 faizinə bərabərdir. Bu şəxslərdən 1900 nəfərin İsveç, 1700-nün Danimarka, 1300-nün isə Norveçdəki ofisdən olacağı gözlənilir. Lakin şirkət rəqəmlərin daha az olması üçün səhmdarlarla danışıqların ola biləcəyini açıqlayıb: "Mövcud məhdudiyyətlərlə əlaqədar mühim olan yay mövsümündə çox az fəaliyyət göstərə biləcəyinizi düşünürük. Hava nəqliyyatının epidemiyadan sonra əvvəlki səviyyəyə gəlməsi üçün uzun müddət lazımdır".
SAS "CEO"su Riçard Qustavson isə İsveç xəbər agentliyi "TT"yə açıqlama verərək hökumətlərdən dəstək aldıqlarını açıqlayıb: "Təkcə İsveçin ödənişsiz məzuniyyətə çıxan işçilərə dəstək olması şirkətdəki minlərlə işçinin işini qorumasına şərait yaratdı". Pepperoni pizza
Qeyd edək ki, martın 17-də şirkətin iki böyük tərəfdaşı İsveç və Danimarka hökuməti SAS-a 275 milyon avro verəcəyini açıqlamışdı. Bildirək ki, koronavirus hava nəqliyyatında 29 milyard dollar zərər vurması gözlənilir. Bunun təsirləri çoxdan görünməyə başlayıb.
Sayad Həsənli
Telegram kanalımız