Yüngül çəki dərəcəsində UFC üzrə son dünya çempion rusiyalı Həbib Nurməhəmmədov daha bir maraqlı görüntüsü ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, 31 yaşlı idmançı Dağıstanın Qızılyurd şəhərində çayda su axınının əksinə üzərkən görüntülənib. Rusiyalı idmançının çətin məşqi hamının diqqətini cəlb edib.
Qeyd edək ki, Həbib bir neçə gün əvvəl növbəti rəqibinin Toni Ferqyuson olacağını açıqlayıb. Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı amerikalı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə məğlub olub. pizza mizza
Telegram kanalımız