Həbibin rəqibi təcavüzdə günahlandırılır

saytların hazırlanması

Evə çatdırılma

Həbibin rəqibi təcavüzdə günahlandırılır

İdman

23 Oktyabr 2019 11:24 792


MMA döyüşçüsü Konor Makqreqorun adı yenidən təcavüzdə hallanır.

“Yeni Sabah” “The New York Times”a istinadən xəbər verir ki, idmançının yaxın günlərdə Dublində avtomobilində bir gənc qıza təcavüz etdiyi iddia olunur. Makqreqor isə bunu təkzib edib.

Makqreqorun vəkilləri zərərçəkənin idmançını ləkələmək üçün bilə-bilə yalan ifadə verdiyini bildiriblər.  Sezar pizza

Qeyd edək ki, 31 yaşlı döyüşçünün adı bu ilin yazında da təcavüzdə hallanırdı. Lakin irlaniyalı DNT analizi verərək bütün iddiaların əsassız olduğunu sübuta yetirmişdi. 

Maraq üçün xatırladaq ki, K. Makqreqor ötən il rusiyalı Həbib Nurməhəmmədova məğlub olması ilə də gündəmə gəlmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!