Həbsdə nə qədər jurnalist var? - Yeni hesabat

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə nə qədər jurnalist var? - Yeni hesabat

Maraqlı

09 Dekabr 2021 16:30 756


Dünyada jurnalist fəaliyyətinə görə həbsdə olanların sayı rekord həddə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Novator.az Jurnalistləri Müdafiə Komitəsinə istinadən məlumat yayıb.

Komitə dekabrın 9-da bəyan edib ki, hazırda dünyada 293 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbsdə saxlanır. pizza hut

Ötən il belə jurnalistlərin sayı 280 nəfər idi.

Jurnalistlərin ən çox həbs olunduğu ölkə Çindir. Bu ölkənin həbsxanalarında 50 media adamı peşə fəaliyyətinə görə cəza çəkir.

Myanmada 26, Misirdə 25, Vyetnamda 23, Belarusda 19, Türkiyədə 18, Eritreyada 16, Səudiyyə Ərəbistanında 14, Rusiyada 14, İranda 11 jurnalist peşə fəaliyyəti ilə bağlı həbsdədir.

Jurnalistləri Müdafiə Komitəsi vurğulayır ki, bir qayda olaraq media nümayəndələri dövlət əleyhinə cinayətlərdə ittiham olunaraq tutulurlar. Son zamanlar jurnalistlərə internet məkanında yaydıqları materiallara görə kibercinayətkarlıq ittihamlarının verilməsi halları da artıb.

Komitənin məlumatına əsasən, 2021-ci ildə dünyada ən azı 24 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub. Naməlum şəraitdə həlak olmuş daha 18 jurnalist var ki, onların ölümünün peşə fəaliyyəti ilə əlaqəli olub-olmadığı hələlik müəyyən edilməyib.

Jurnalistləri Müdafiə Komitəsi mərkəzi qərargahı Nyu-York şəhərində yerləşən beynəlxlaq qeyri-hökumət təşkilatıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!