Sabiq daxili işlər naziri Ali Məhkəməyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq daxili işlər naziri Ali Məhkəməyə müraciət etdi

Siyasət

19 Dekabr 2022 21:40 1788


Naxçıvanın sabiq daxili işlər naziri general-mayor Əhməd Əhmədov kassasiya şikayəti verib.

Yenisabah.az xəbər verir ki, şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib.

Bundan başqa Əhməd Əhmədovun səhhətindəki problemlərə görə, bir müddətdir xəstəxanaya yerləşdirildiyi də məhkəmənin diqqətinə çatdırılıb. pizza

Ali Məhkəmə şikayəti icraata qəbul edib.

Xatırladaq ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılıraq həbs edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!