Həbsdəki bankir Türkiyəyə qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdəki bankir Türkiyəyə qayıtdı

Dünya

25 İyul 2019 05:34 1245


Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan və bu il iyulun 19-da azad edilən türkiyəli bankir Məhmət Hakan Atilla İstanbula gətirilib.

“Yeni Sabah” xəbər verir ki, M.H.Atillanı İstanbul Hava Limanında ailə üzvləri və dövlət nümayəndələri qarşılayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Hakan Atilla arasında telefon danışığı olub. pizza mizza

Qeyd edək ki, Hakan Atilla 2018-ci ilin mayında İrandan alınan neft və qazın satışından əldə edilən maliyyə vəsaitinin qanunsuz köçürülməsində təqsirli bilinib və Nyu-Yorkun Manhetten məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə Vaşinqtona müraciət edib və bildirib ki, sözügedən cinayət işi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hakan Atilla üzərində məhkəmə prosesini Ankaraya təzyiq vasitəsi kimi qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!