Həbsdəki idmançılar haqda yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Həbsdəki idmançılar haqda yeni xəbər

Kriminal

31 Mart 2020 17:05 822


Azərbaycanda iki məşhur idmançı idman oyunlarında manipulyasiya etdiklərinə görə həbs edilib. 

“Yeni Sabah”ın məlumatına görə, ötən ilin dekabr ayında Azərbaycan Milli Basketbol komandasının kapitanı Həmzəyev Amil İlyas oğlu və Regional Liqada mübarizə aparan “Uğur” klubunun futbolçusu Cəmşid Şakir oğlu Məhərrəmov Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. 

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.  Marqarita pizza

Həmzəyev Amil İlyas oğlunun vəkili Zaur Niftəliyevin “Yeni Sabah”a verdiyi məlumata görə, ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq hər iki idmançının ev dustağlığına çıxarılması ilə bağlı məhkəməyə müraciət edilib, sabah Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə onların ev dustaqlığına buraxılıb-buraxılmaması məsələsinə baxılacaq. 

Qeyd edək ki, hər iki idmançı ölkə ictimaiyyətinə kifayət qədər tanınmış şəxslərdi. Cəmşid Məhərrəmov Azərbaycan milli komandasında və bir çox tanınmış klublarımızda çıxış edib. Amil Həmzəyev isə bir çox tanınmış basketbol klublarında çıxış edib və həbs olunana kimi milli komandanın kapitanı olub. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!