Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı

Kriminal

02 Avqust 2025 16:56 492


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində dustağın üzərindən iki ədəd biz aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, 41 yaşlı məhkum kustar üsulla hazırladığı iki ədəd bizi corabında gizlədib.

Cəzaçəkmə müəssisəsinin əməkdaşları baxış keçirən zaman həmin bizləri aşkar edib. pizza hut

Dustağın həmin bizləri nə məqsədlə hazırladığı və üzərində gəzdirdiyi məlum deyil.

41 yaşlı dustağın daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşadığı məlum olub. O, sonuncu dəfə narkotik ittihamı ilə həbs edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının başa çatmasına 3 ay qalmış həbsxanada üzərində biz aşkarlanıb.

Bu əməlinə görə ona 6 ay cəza təyin edilib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!