Həbsxanada görüşərik - Keşiş Paşinyanı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanada görüşərik - Keşiş Paşinyanı hədələdi

Siyasət

30 May 2024 14:27 540


Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm. 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib. 

Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir.  pizza sifarişi

“Nə bu adamın, nə də Vahe Qazaryanın (Ermənistanın daxili işlər naziri - red.) cəsarətləri yoxdur”, - Qalstanyan qeyd edib. 

Qalstanyan sözlərinə görə, hazırda hökumətdə qanunsuz iclas çağırılıb. 

“Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi velosiped haradadır?”, - deyə hərəkatın lideri əlavə edib. 

Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, əgər kimsə onunla görüşmək istəyirsə, qəbula yazıla bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!