Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşdı   - Aparata qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşdı - Aparata qoşuldu

Maraqlı

01 Oktyabr 2021 11:57 1451


Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub.

Yenisabah.az bildirir ki, bu barədə Qaynarinfo-ya onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkilin sözlərinə görə, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti biraz da ağırlaşıb. Ağzından, burnundan nəfəs ala bilmədiyi üçün IVL aparatına qoşulub. pizza sifarişi

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!