Həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurladı 

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurladı 

Maraqlı

22 Sentyabr 2023 17:37 621


Amerikanın Solt Leyk şəhərində yaşayan 65 yaşlı təqaüdçü Donald Santacrok qəribə bir addım atıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, təqaüdçü həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurlayıb.

Məlumata görə, həmin şəxs kassaya yaxınlaşaraq nəzakətli şəkildə 1 dollar istəyib. Dördpendirli pizza

O, “Xahiş edirəm, məni bağışla, amma bu oğurluqdur. Zəhmət olmasa, mənə 1 dollar verin” sözlərini deyərək kassirə silah çəkib.

Bank işçisi bunun zarafat olduğunu düşünsə də, adamın qəribə tələbinə əməl edib. Santacrok sonra polisə zəng edərək özündən şikayət edib.

Daha sonra hadisə yerinə polis gəlib. Donald polislərə bildirib ki, azadlığa buraxılacağı təqdirdə dəmir barmaqlıqlar arxasında qalana qədər başqa bankı soyacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!