“Prezident İlham Əliyevdən demək olar ki, heç bir ölkənin təcrübəsində rast gəlinməyən növbəti alicənab addım-"Diqlas" Ticarət Mərkəzindəki yanğından zərər çəkənlərə kompensasiya veriləcək”.
“Yeni Sabah”ın məlumatına görə, bunu deputat Sahib Alıyev deyib. O bildirib ki, baş verən hadisələrdən nəticə çıxarmaq lazımdır:
“Yaxşı, birdən bu ölkənin başında İlham Əliyev kimi humanist bir lider deyil, başqa biri dursaydı, onda necə olacaqdı? Bəli, cənab Prezident sözü gecən ticarət mərkəzində mallları yanıb kül olan, əlləri hər yerdən üzülən sahibkaralara əl uzatdı. Ancaq biz cəmiyyət olaraq bundan gərəkli nəticə çıxarmalıyıq. Bilməliyik ki, heç kim və heç yerdə bu cür fors-majorlardan sığortalanmayıb. Sığortalanmadığımız üçün də mal-mülklərimizi mütləq sığorta etdirməliyik ki, fəlakətlə üzləşəndə "Diqlas" dakı mağaza yiyələrinin dünən düşdükləri duruma düşməyək”. Pepperoni pizza
Qeyd edək ki, "Diqlas" Ticarət Mərkəzində malları yanan sahibkarlara dövlət tərəfindən kompensasiya veriləcək. Bunu bu gün Prezident Administrasiyasında sahibkarlarla görüşən PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib.
Telegram kanalımız