Heç kim TRIPP layihəsinə mane ola bilməz.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Onun sözlərinə görə, Donald Trampın İranla ticarət edən bütün ölkələrə gömrük rüsumları tətbiq edə biləcəyinə dair sərəncamı ABŞ vitse-prezident Vensin İrəvana səfəri zamanı da müzakirə olunacaq. pizza mizza
TRIPP layihəsi ilə bağlı Papoyan qeyd edib: “TRIPP-lə bağlı proses davam edir. Bundan sonra heç kim TRIPP-ə müdaxilə edə bilməz”.
Rusiyanın bu layihədə iştirak edib-etməyəcəyi ilə bağlı suala rəsmi şəxs belə cavab verib: “TRIPP-in iki tərəfi var - ABŞ və Ermənistan”.
Papoyan vurğulayıb ki, Vensin səfər gündəliyində İran əleyhinə heç bir məsələ yoxdur.
Telegram kanalımız