Həkim-infeksionist fikrini dəyişdi:   “Söylədiklərim yalnız tibbi mülahizədir”

saytların hazırlanması

Evə çatdırılma

Həkim-infeksionist fikrini dəyişdi: “Söylədiklərim yalnız tibbi mülahizədir”

Sağlamlıq

12 Fevral 2021 13:40 945


“REAL TV-yə müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikrim sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub. Verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyimi istədi. Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur”.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etməyin zəruriliyini diqqətə çatdırıb: pizza

“Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil”.

Xatırladaq ki, Real TV-də qonaq olan TƏBİB nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva Nazirlər Kabinetinin qərarındakı maska taxmaq tələbinin sosial məkanlar üçün nəzərdə tutulduğunu söyləyib. Bildirib ki, əgər kimsə açıq havada tək gedirsə, maska taxmaya bilər. O, məsələnin məntiqə əsaslanmalı olduğunu vurğulayıb: https://yenisabah.az/aciq-havada-tek-gedirsinizse-maska-taxmaya-bilersiniz

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!