Həlak olan direktor Hökümənin bibisi oğlu imiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Həlak olan direktor Hökümənin bibisi oğlu imiş - FOTO

Hadisə

03 İyul 2025 15:04 3132


Əslən Kəlbəcər rayonundan olan məktəb direktoru Naxçıvanda avtoqəzada ölüb.

“Yeni Sabah” "Report"un yerli bürosuna istinadən məlumatına görə, hadisə Orduabd rayonunun Nürgüt kəndində baş verib.

Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Toyuqlu pizza

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhraman adı verilən Hökümə Əliyevanın bibisi oğludur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!