“Həm fiziki, həm də psixoloji yorğunluq var” – Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Həm fiziki, həm də psixoloji yorğunluq var” – Qurban Qurbanov

İdman

27 Sentyabr 2019 20:33 1034


"Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Futbolçuları hər oyuna motivasiya etmək çətindir. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm".

"Yeni Sabah" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VI turunda evdə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.

47 yaşlı mütəxəssisin bildirib ki, futbolçuları oktyabrın 3-də Avropa Liqasının II turunda Lüksemburqda "Düdelanj"la oyuna qədər tam hazır etməyə çalışacaqlar: "Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az qızdırması var idi. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdur. pizza hut

Səfərdə qalib gəlmək istəyirik. "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Biz bütün oyunlara qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!