Keçmiş səhiyyə naziri Əli İnsanovun yaratdığı partiya ictimai-siyasi sfera tərəfindən birmənalı qarşılanmayıb.
“Yeni Sabah” xatıraldır ki, keçmiş nazir noyabrın 24-də tərəfdarları ilə toplantı keçirərək Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaradıblar. Əli İnsanov Təşkilat Komitəsinin sədri seçilib. Təşkilat Komitəsinin üzvlərinə gəlincə, burada təmsil olunanlar əsasən iqtidar düşərgəsindən bu və ya digər səbəblər üzündən kənarlaşdırılıan şəxslərdir.
Əli İnsanov partiya yaradacağını hələ həbsdən çıxanda bəyan etmişdi. Bu həm də onun siyasi fəaliyyətlə məşğul olacağının anonsu idi. Qısa müddət sonra dövriyəyə belə məlumat buraxıldı ki, keçmiş nazirin vəd etdiyi siyasi təsisatın adı Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) olacaq. Məlumat yayılar-yayılmaz sosial şəbəkələrdə partiyanın adı ilə bağlı lağ-lağı paylaşımlar edilməyə başlandı. ƏYAP-ın iqtidarda olan YAP-ın parodiyası olacağı barədə iddialar səsləndirildi. Fəqət, ƏYAP barədə məlumat təsdiqini tapmadı. Sezar pizza
Əslində ƏYAP-a münasibət Əli İnsanovun yaradacağı partiyaya ad seçimi üçün yaxşı eksprement idi. Lakin keçmiş nazir bunu nəzərə almayaraq, partiyasına uğursuz ad seçməklə sosial şəbəkə istifadəçilərinə lağ-lağı üçün növbəti dəfə mövzu verdi və bu dəfə trendə qoşulanların sayı əvvəlkindən daha çox oldu. Hətta ictimai-siyasi sferanın nüfuzlu simaları da Əli İnsanovun təsis edəcəyi partiyanın adına rişxənd ediblər.
Keçmiş nazirin yaradacağı partiyanın adı ilə bağlı lağ-lağı paylaşımları iki qismə ayırmaq olar. Birinci qismdə Əli İnsanovun keçmişi xatırladılır və onun YAP iqtidarında təmsil olunduğu dövrdə etdiyi ədalətsizlikləri indi “haqq ədalət”lə əvəzləməyinə rişxənd edilir – “Əli İnsanov xalqın pulunu yeyib, çapıb-talayıb, bütöv bir xalqın sağlamlığıyla oynayıb... Neçə-neçə insanların haqqını yeyib, indi gəlib Haqq-ədalət adlı partiya yaradır....”(Nail Zeynalov)
İkinci qism isə partiyanın adının abreviaturası ilə lağ-lağı edir - “Uşaq vaxtı dostlarla kart oynayırdıq. Kim uduzurdusa, həp içivə deyirdik. Yəni, kartları həmin adamın əlinə verirdik. İndi də təzə partiya yaranır - HƏP. Belə bir devizi olacaq - konkret həpin içinizə” (Zaur Əhməd)
Sosial şəbəkələrdə edilən paylaşımlardan hər qismə aid yalnız bir nümunə göstərdik. Lakin bu cür paylaşımlar yüzlərlədir. Beləliklə, Əli İnsanovun HƏP-i 1-0 məğlubiyyətlə başlayıb. Keçmiş nazir bu uğursuzluğu sığortalaya biləyəckmi? Gözləyək. Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi Natiq Cəfərli demişkən “HƏPçi. Ya səbr”...
Telegram kanalımız