Hər 5 insandan 1-i bu səbəbdən ölür   - TƏHLÜKƏ

saytların hazırlanması

Evə çatdırılma

Hər 5 insandan 1-i bu səbəbdən ölür - TƏHLÜKƏ

Sağlamlıq

09 Fevral 2021 18:00 1028


Dünyada hər 5 insandan 1-i fosil yanacağından qaynaqlanan hava çirkliliyi səbəbilə dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu, Harvard Universitetinin apardığı araşdırma nəticəsində məlum olub.

Birminqem, London İmperial Kolleci və Lester universitetləri ilə birlikdə aparılan “Fosil yanacaqların yanmasından yaranan xarici hissəciklərin çirklənməsindən doğan qlobal ölüm nisbəti” araşdırmasına görə, 2018-ci ildə bu səbəbdən dünyada 8 milyondan artıq ölüm gerçəkləşib. pizza

Buna əsasən, kömür və dizel kimi yanacaqların istifadəsi nəticəsində ortaya çıxan hava çirkliliyinin ən kəskin olduğu ərazilər Şimali Amerikanın şərqi, Avropa və Cənub-Şərqi Asiyadır.

Araşdırmaçıların tapıntılarına əsasən, 2012-ci ildə yanacaq emissiyaları səbəbilə reallaşan ölümlər bütün ölümlərin 21,5 faizini təşkil edib./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!