“Hər halda, sabiq Baş Nazirəm!” -   Novruz Məmmədov 

saytların hazırlanması

Evə çatdırılma

“Hər halda, sabiq Baş Nazirəm!” - Novruz Məmmədov 

Siyasət

04 Noyabr 2019 12:11 1617


"Nikol Paşinyanın dediyi fikirlərlə ətraflı xəbərdar deyiləm. Ümumiyyətlə, bu işlə xüsusi məşğul olan adamlara müraciət edilsə, daha yaxşı olar. Hazırda suala cavab verə bilməyəcəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirilə bilməsi xəbərinə münasibət bildirərkən deyib.

Həmçinin, sabiq Baş Nazir jurnalistlərin onu politoloq kimi təqdim etməsinə də etiraz edib: pizza sifarişi

"Jurnalistlər məni "Politoloq Novruz Məmmədov” kimi təqdim edib. Axı, mən politoloq deyiləm. Ona görə də qərara almışam ki, bu tipli məsələlərlə bağlı mətbuata açıqlama verməyim. Məni üzrlü sayın! Bu işlərlə xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavini Xələf Xələfov məşğul olur. Onlar cavab versələr daha yaxşı olar. Hesab edirəm ki, onların cavabları daha dəqiq olar. Mənim cavabımı bir çoxları müxtəlif istiqamətlərə yoza bilər. Hər halda, sabiq Baş Nazirəm!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!