“Hər kəs öz yerini bilməlidir” – Elza yenə aranı qatdı, tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

“Hər kəs öz yerini bilməlidir” – Elza yenə aranı qatdı, tənqid olundu

Şou

03 Dekabr 2019 09:46 1070


Əməkdar artist Elza Seyidcahanın xanəndələr haqqında dediyi fikirlər qalmaqala səbəb olub.

“Yeni Sabah” xəbər verir ki,  “ATV maqazin onlarla” verilişinə açıqlama verən xanəndələr E.Seyidcahanın fikirlərinə  etiraz ediblər.

 Xalq artisti Mələkxanım Əyyubova: “Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır”. pizza sifarişi

Xanəndə İlkin Əhmədov: “Dinləyə bilməyən çölə çıxsın”

Əməkdar artist Fərqanə Qasımova: “Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib: “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm”.

Qeyd edək ki, E.Seyidcahan xanəndələr haqqında “Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.- deyə fikir bildirmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!