Hər səhər yeməyində 1 ədəd yesəniz…

saytların hazırlanması

Evə çatdırılma

Hər səhər yeməyində 1 ədəd yesəniz…

Sağlamlıq

03 Fevral 2023 14:32 2542


B12 vitamini sinir sistemi üçün ən təsirli vitaminlərdən biridir. B12 həmçinin bədəndə ən çox rast gəlinən vitamin çatışmazlığından biridir. Müalicə edilməzsə, bir çox xəstəliyə səbəb ola bilər. Buna görə yeməklərə B12 ilə zəngin qidalar əlavə etmək vacibdir. 

Yenisabah.az B12 vitamini ilə zəngin olan möcüzəvi qidanı qədim edir. 

Yumurtanın onlarla faydası olan güclü qida olduğunu bilirdinizmi? Bir çox xəstəliklərdən qoruyan bu möcüzəvi qida həm də dayaq-hərəkət aparatının tikinti materialıdır. pizza mizza

Yumurta B12 vitamini ilə zəngin qida mənbəyidir. Hər gün bir yumurta yemək günlük B12 ehtiyacınızı qarşılayır və sizi xəstəliklərdən qoruyur.  

Xüsusilə qaz və ördək yumurtalarında daha çox miqdarda B12 vitamini var. Bundan əlavə, yumurtanın sarısı ağından daha faydalıdır. Sarısı B12, B9, B2, B1, A və E vitaminləri, həmçinin dəmir, fosfor və kaliumla zəngindir. 

B12 vitamin çatışmazlığı xüsusilə yaşlılarda çox rast gəlinir.  Bununla belə, B12 çatışmazlığı heyvani qidaları qəbul etməyən və vegetarian olan insanlarda da müşahidə oluna bilər.

Bundan əlavə, yumurta betain və kolin kimi ürək sağlamlığını dəstəkləyən müxtəlif maddələrlə də zəngindir. Çində aparılan bir araşdırma gündə bir yumurta yeməyin ürək xəstəliyi və insult riskini azalda biləcəyini irəli sürür, lakin mütəxəssislər yumurtanın faydalı olması üçün sağlam həyat tərzinin bir parçası olaraq yeyilməli olduğunu vurğulayırlar.

Harvard Universitetində aparılan araşdırmalar yumurtanın döş xərçəngi riskini də  azalda biləcəyini göstərib. Başqa bir araşdırma göstərir ki, həftədə ən azı 6 yumurta yeyən qadınların daha az yumurta yeyən qadınlara nisbətən döş xərçəngi riski 44% daha azdır. 

Heyvanların böyrəyi, ciyəri də B12 vitamini baxımından ən faydalı qidalar arasındadır. Quzu qaraciyəri və böyrəyi daha çox  B12 vitamini ilə zəngindir. 100 qram quzu qaraciyəri B12 vitamininin gündəlik tələbatının 3,57%-ni ödəyə bilir.

Qatıq və pendir kimi qidalar da B12 ilə son dərəcə zəngindir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, müntəzəm olaraq süd və süd məhsulları qəbul edən insanlar balıq yeyənlərə nisbətən daha yüksək B12 səviyyəsinə malikdirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!