“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”

saytların hazırlanması

Evə çatdırılma

“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”

Kriminal

07 Aprel 2020 11:08 786


"Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb".

Yenisabah.az bildirir ki, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib: pizza hut

"Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib".

Ə.Nuriyev bildirib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb:

"Ərzaqın keyfiyyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaqların gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır". /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!