Hərbçilərimiz niyə tez-tez minaya düşür?   - Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərimiz niyə tez-tez minaya düşür? - Mühüm açıqlama

Maraqlı

29 Noyabr 2021 11:08 4237


Ötən gün DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb. Hər iki hərbi qulluqçunun ayaqlarından biri amputasiya edilib. 

Müharibədən 1 il keçsə belə hələ də bu cür faciəvi hadisələrin baş verməsinin səbəbi nədir?

Hərbçilərimiz özləri məsuliyyətsizlik edirlər, yoxsa onlara ərazinin minalanmasıyla bağlı vaxtında xəbərdarlıq edilməyib? Dominos pizza

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib:

“Füzuli rayon Şükürbəyli kəndində iki nəfər Daxili Qoşunların hərbi qulluqçularının piyada əleyhinə minaya düşməsi nəticəsində yaralanması təbii ki, təəssüf doğuracaq hadisədir. Baş verən hadisənin detalları açıqlanmasa da Şükürbəyli kəndinin 1994-cü ildən sonra Azərbaycanın nəzarətində olması və bu ərazilərdə minaların mövcudluğu, həmin ərazilərdə hərbi qulluqçularımızın minaya düşməsi çox təəccüblüdür.

Ümid edirəm ki, aiddiyyatı hüquq mühafizə orqanları bu işləri araşdırıb ictimaiyyətə xəbər verəcək.

Lakin mən yenədə hərbi qulluqçularımızı, azad olunmuş ərazilərdə çalışan işçiləri xəbərdar edirəm ki, yalnız müəyyən edilən ərazilərdə, ANAMA və ya qoşunlarımızın mühəndis  bölmələrinin təmizləyib təhvil verdikləri ərazilərdən kənara çıxmasınlar. Hər bir vətəndaşımız bu məsələ də diqqətli olmalıdır. Partlamamış sursatlar təhlükəsi hələ də böyükdür. Biz heç bir halda riskli fəaliyyətlərə yol verməməliyik”.  

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Çox maraqlıdır. NEÇƏ olur ki 1994-cü ildən bəri HƏMİN ərazi nəzarətsiz ,qalıb?
    4 years ago