Hərbçimiz bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Hərbçimiz bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ

Hadisə

29 İyul 2020 11:53 653


Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

Yenisabah.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.  

Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır. pizza sifarişi

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!