Hərbçimizin yaralanması ilə bağlı cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Hərbçimizin yaralanması ilə bağlı cinayət işi başlanıldı

Maraqlı

22 Avqust 2023 15:27 544


Kəlbəcərdə hərbi qulluqçumuzun erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a Hərbi Prokurorluqdan məlumat verilib. 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər Hərbi prokurorluğuna məlumat daxil olub. pizza

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan hərbçimizə şəfa diləyirik. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!