Ermənistanın Qeqarkunik vilayətindəki hərbi hissənin binasında baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı briqada komandirinin təminat üzrə müavini, polkovnik-leytenant Qor Aqekyan saxlanılıb.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi sədrinin mətbuat katibi Qor Abramyan məlumat verib.
Q. Aqekyanla bağlı istintaq araşdırması aparılır və o hazırda İstintaq Komitəsinin binasındadır. Dördpendirli pizza
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan, Qeqarkunik vilayətinin Azat kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfər hərbçi ölüb, 7 nəfər çoxsaylı yanıq xəsarətləri alıb.
Telegram kanalımız