"Hazırda Azat kəndində baş verən yanğınla bağlı hər hansı təsdiqlənmiş versiya barədə danışmaq tezdir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Prokurorluğun xüsusilə mühüm işlərin araşdırılmasına nəzarət şöbəsinin prokuroru Arşak Martirosyan danışıb.
O bildirib: “Geniş miqyaslı tədbirlər görülür. Bir sıra versiyalar irəli sürülür. İstintaqın predmeti hərbi prokurorun kapitanın diqqətsizliyi ilə bağlı səsləndirdiyi versiya olsa da, başqa versiyalar da irəli sürülüb. İbtidai istintaq hələ ilkin mərhələdədir və hər hansı versiya barədə danışmaq hələ tezdir”. pizza
Xatırladaq ki, yanvarın 19-da gecə saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsində yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub. 7 əsgər yaralanıb.
Telegram kanalımız