Hərbi parad və İranın narahatlığı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi parad və İranın narahatlığı

Siyasət

11 Noyabr 2025 17:55 3810


İkinci Qarabağ müharibəsində parlaq qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad Azərbaycanın dostlarını sevindirdiyi kimi, bədxahlarını da təşvişə salıb. Sonuncular sırasında üstündən beş il keçməsinə rəğmən, Azərbaycanın 44 günlük müharibədəki zəfərini hələ də həzm edə bilməyən qonşu İran İslam Respublikası da var.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

İran mediasının səthi monitorinqi belə rəsmi Tehranın Azərbaycanın hərbi-siyasi qüdrətinin və regional nüfuzunun nümayişinə çevrilən hərbi paraddan əsla məmnun olmadığını aydın görməyə imkan verir. Belə ki, Bakının Azadlıq meydanında görünən bəzi silahlar və hərbi texnika İranda əməlli-başlı narahatlıq doğurub. Toyuqlu pizza

Məsələn, geniş izləyici auditoriyası olan "İranın və dünyanın hərbi xəbərləri" adlı "Telegram" kanalı həmin silahlardan birinə diqqət çəkərək yazıb:

"Azərbaycan ilk dəfə İsrail istehsalı olan uzaq mənzilli "Ice Breaker" raketini Bakıda keçirilən hərbi paradda nümayiş etdirdi. Bu, ölkənin hücum qabiliyyətində əhəmiyyətli bir yüksəlişin əlamətidir. 300 kilometr mənzilli və GPS-dən asılı olmayan idarəetmə sistemi ilə təchiz edilmiş bu raket quru və dəniz hədəflərinə dəqiq şəkildə zərbə endirmək üçün nəzərdə tutulub. Onun nümayişi Bakıdan Rusiya və İrana Xəzər dənizindəki çəkindirici gücü barədə açıq bir mesajdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!