“Hərbi-texniki əməkdaşlıq ümidvericidir” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Hərbi-texniki əməkdaşlıq ümidvericidir” - İlham Əliyev

Siyasət

04 May 2026 23:40 82


Azərbaycanla İtaliya arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.

"Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir", - Prezident bildirib və əlavə edib ki, görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb:

"Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!