İran BƏƏ-dəki yanğınları “ABŞ avantürasının birbaşa nəticəsi” adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

İran BƏƏ-dəki yanğınları “ABŞ avantürasının birbaşa nəticəsi” adlandırdı

Dünya

05 May 2026 00:27 114


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft sənayesi obyektlərindəki yanğınlar bəzi gəmilərin Hörmüz boğazından keçidini təmin etməyə çalışan "ABŞ avantürası"nın birbaşa nəticəsidir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə mənbəyə istinadən İranın "NourNews" agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran qeyd olunan obyektlərə heç bir hücum planlaşdırmayıb və baş verənlər İran tərəfindən qadağan edilmiş gəmilərin qanunsuz keçidi üçün şərait yaratmağa çalışan Amerika ordusunun avantüralarının nəticəsidir.

Daha əvvəl BƏƏ rəsmiləri bildiriblər ki, Fuceyra əmirliyində neft sənayesi kompleksinin ərazisinə dron zərbəsi nəticəsində güclü yanğın baş verib, üç Hindistan vətəndaşı xəsarət alıb.

BƏƏ XİN "İran tərəfindən ölkə ərazisindəki mülki obyektlərə yenidən başlayan zərbələri" pisləyib və Əbu-Dabinin onlara cavab vermək qanuni hüququnu özündə saxladığını bildirib.

Bununla yanaşı, İrandakı hərbi mənbəyə istinadən "Tasnim" qeyd edir ki, əgər Əbu-Dabi hazırkı vəziyyətdə Tehrana qarşı hər hansı "qeyri-rasional hərəkətlər" etmək qərarına gələrsə, BƏƏ-nin regiondakı maraqları İran silahlı qüvvələrinin hədəflərinə çevrilə bilər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!