Həştərxanda Heydər Əliyevin xatirəsi yad edilib

saytların hazırlanması

Evə çatdırılma

Həştərxanda Heydər Əliyevin xatirəsi yad edilib

Rəsmi

12 Dekabr 2020 13:51 770


Bu gün Həştərxanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

"Yeni Sabah" xəbər verir ki, bu gün səhər Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəyə çiçək qoyma mərasimi keçirilib.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin tapşırığı ilə tədbirdə Həştərxan vilayəti hökumətinin sədr müavini Mixail Boqomolov və digər rəsmi şəxslər iştirak ediblər. pizza sifarişi

Tədbirdə qeyd edilib ki, Azərbaycan Həştərxan bölgəsi üçün Xəzər regionundakı əsas tərəfdaşlardan biridir. Uzun illər ərzində iqtisadi və sosial-mədəni sahələrdə çoxşaxəli qarşılıqlı əlaqələr inkişaf edir və güclənir.

Heydər Əliyev Fondunun fəal iştirakı ilə Həştərxanda bir sıra mühüm sosial-iqtisadi və humanitar layihələr həyata keçirilib. Bu, Həştərxanla Azərbaycan arasında hərtərəfli əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş sıx qarşılıqlı əlaqələri təsdiqləyir və Heydər Əliyev təşəbbüslərinin davamıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!