Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ad gününü "Şou ATV" verilişində keçirib.
“Yeni Sabah” xəbər verir ki, gitara ifaçısının həyat yoldaşı Gülü efir zamanı maraqlı açıqlama verib.
Onun "Biz Rəmişlə dostuq, dost sevgisi etiraf edərəm. Onunla qayalar aşıb, dərələr keçmişik. 41 ildə başıma 41 daş dəydi" sözləri studiyadakıları güldürüb. Dominos pizza
Rəmiş isə "Gülü ilə qardaş-bacıyıq. 41 il sevgi qalar?" cavabını verib.
Telegram kanalımız