“Həyatımın ən gözəl parçasısan, haqqını halal et”

saytların hazırlanması

Evə çatdırılma

“Həyatımın ən gözəl parçasısan, haqqını halal et”

Şou

11 Aprel 2025 14:52 258


Müğənni Xuraman Şuşalı dünyasını dəyişən anası Gülbəs xanımla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, ifaçı sosial media hesabında bunları yazıb:

"10 aprel anamın dünyadan köçdüyü gündür. Günün günahı yoxdur. Allahın məsləhəti belə imiş. Allah yəqin ki, anamı daha gözəl yerə apardı. Çünki mən onu Ər-rahim bilirəm. Anamın öldüyü gün yetim qaldığım, gücümü itirdiyim gündür. 11 il sənsiz keçdi. Ruh aləmindən xəbərimiz yoxdur, ancaq inanıram ki, səndə hər şey yaxşıdır. Çünki bu dünyada yetərincə əziyyət çəkdin. indi daha yaxşı olarsan. Bilmirəm görüşəcəyik, ya yox, ancaq səni heç kim əvəz etmir. Çalışıram depressiyaya düşməyim, yıxılmayım, çünki artıq anam yoxdur, mənə məsləhət verib quyudan çıxarda. Yaşamalıyam, çünki sənin kimi güclü olmağa qərar verdim. Sən həyatımın ən gözəl parçasısan. Sənin üçün dua, ehsanlar edən övladın var. İnşallah ki, sən məndən razısan. Haqqını halal et. Kaş ki, sağ olaydın, ana". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!