Heydərovun “fövqəlnazir” imici necə kölgə altına düşür?

saytların hazırlanması

Evə çatdırılma

Heydərovun “fövqəlnazir” imici necə kölgə altına düşür?

Sosial

29 Mart 2019 18:37 1651


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun növbəti dəfə “göstəriş vermişik, icra edilməyib” açıqlaması onun “fövqəlnazir” imicini kölgə altına salıb.

“Yeni Sabah” xəbər verir ki, bu tipli açıqlamalar artıq nazir haqda “göstərişləri icra olunmayan”, “dişsiz” məmur fonu yaratmaqdadır. Bu səbəbdəndir ki, dünəndən sosial mediada K. Heydərovun bu tipli açıqlamalarının arxasında nə dayandığı müzakirə olunur. Həqiqətənmi, onun tapşırıqları havada qalır, yoxsa bu məsuliyyətdən yayınmağın artıq sınaqdan çıxarılmış bir üsuludur?

Ekspert Osman Gündüz yazır ki, ötən il Azərenerji-də baş verən “3 İyul” böhranından sonra Prezident yanında müşavirə keçirildi. pizza

Müşavirədə Kəmaləddin Heydərov çıxış edərək FHN-in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin Azərenerji tərəfindən icra edilmədiyini bildirdi. Dünən də “Diqlas”da baş verən yanğınla bağlı prezident yanında müşavirə keçirilib.

“Müşavirədə FHN rəhbəri çıxış edərək onun rəhbərlik etdiyi nazirlik tərəfindən verilən tapşırıqlarıın Nizami rayon İcra hakimiyyəti və adi bir Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirib. Xatırlayıram ki, FHN rəhbərliyi tərəfindən əvvəllər də bu tip oxşar açıqlamalar olub”.

Bütün bunlar da rəsmi açıqlamalar olduğunu qeyd edən ekspert deyir ki, o bunu açıqlayan nazirin də bunu kimin yanında etdiyinin fərqindədir: “Belə olan halda sual yaranır ki, nə baş verir ? 

Bu formada intizamsızlıq, dövlət qurumları arasında sayğısızlıq , qərar və sərəncamlara hörmətsizlik nə vaxtadək davam edəcək.

Görəsən, Kəmaləddin müəllim özü bunun fərqindədirmi ki, onun bu tip açıqlamaları çoxalıb?

İctimai rəydə fövqəlnazir olaraq dəyərləndirilən FHN rəhbəri doğurdanmı adi Ticarət Mərkəzinə, RİH başçısına öz qanuni qərarlarını icra etdirə bilmir? Mən şübhə edirəm. Bəs onda nə baş verir ?”.

O. Gündüz bildirib ki, dövlət intizamının bu dərəcədə aşağılanmasının haradan qaynaaqlanması maaraqlıdır. Və bütün bunlar doğru yanaşmalar deyil: “Bu tip hallar ənənəyə çevrildikcə daha pis nəticələr verir. Dövlət nəzarətinin yetrəli olmaması sonda daha ciddi problemlər yaradacaq.

Görəsən Prezident Administrasiyası və Nazirlər Kabineti bu cür situasiyanın qarşısını almaq, icra intizamını gücləndirmək, dövlət intizamını sərtləşdirmək, icraya nəzarətin təkmilləşdirilməsi, ictimai nəzarət imkanlarının gücləndirilməsi üçün nə təklif edir? Yoxsa, ümidlər yenə Prezidentin Ehtiyat Fondunadır?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!