Hidrometeorologiya Xidməti soyuq havaya dair mühüm məlumat yaydı: Fevralın 8, 9...

saytların hazırlanması

Evə çatdırılma

Hidrometeorologiya Xidməti soyuq havaya dair mühüm məlumat yaydı: Fevralın 8, 9...

Sosial

07 Fevral 2025 17:18 32844


Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Fevralın 8-də bölgələrdə yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Dominos pizza

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 8-10-də dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elvin
    Yaxşı başa düşdüm
    1 year ago